Polis Fəvvarələr Meydanını mühasirəyə aldı; Yüzdən çox aksiyaçı saxlanıldı; Sutkalıq cəza alanlar var
Bakının Fəvvarələr Meydanında ötən gün bir qrup ictimai-siyasi fəalın sosial şəbəkələrdə elan etdiyi aksiya baş tutdu. “Parlament buraxılsın” tələbilə təşkil olunan aksiyanın qarşısını almaq üçün paytaxtın mərkəzinə çoxlu sayda polis qüvvələri və mülki geyimlilər cəlb edilmişdi. Həbslər aksiyadan xeyli öncə başlamışdı. Qeyd edək ki, aksiya iki saata yaxın davam etdi.
Həbslər iki saat öncədən başladı
“Azadlıq” qəzetinin kommersiya direktoru Faiq Əmirov polisə çağırılmışdı. Saat 13 radələrində 5 nəfər polis əməkdaşı F.Əmirovun evinə gələrək onu axtarıblar. Həmin vaxt qəzetimizin direktoru evdə olmayıb.
Aksiya başlamazdan 2 saat öncə “Azadlıq”ın reportyoru Islam Şıxəli polislərin qəzəbinə tuş gəlib. Belə ki, o, metronun “Sahil” stansiyasından işə gələrkən həbs edilib. Bundan başqa “asayiş keşikçiləri” Müsavat Partiyasının qərargahını saat 12:00-dan mühasirəyə alıb. Sözügedən ünvanın qarşısına toplaşan junalistlərin çəkilişinə mane olan polislər “Baku news” internet televiziyasının əməkdaşı Elçin Əliyevi həbs etdilər.
Müsavat Partiyasının qərargahından çıxan onlarla fəal “Istefa”, “Parlament buraxılsın” şüarıyla yürüş etmək istəyib. Polis onların qarşısını kəsdi. Onları 2 mikroavtobusa, bir böyük avtobusa zorla mindirdilər. Özlərini təqdim etməyən polis əməkdaşlarından biri onları Binəqədi rayon Polis Idarəsinin 15 saylı bölməsinə apardıqlarını söylədi. Partiyanın qərargahı qarşısında 33 nəfər həbs olunub ki, onların arasında Müsavat məclisin sədri Arzu Səmədbəyli, başqa müavini Gülağa Aslanlı, partiyanın gənclər təşkilatının sədri Tural Abbaslı və başqaları olub.
Məlumatlara görə, polis Müsavatın qərargahına girmək istəsə də, hüquq müdafiəçisi Novella Cəfəroğlu buna imkan verməyib.
Polislər hər yanı mühasirəyə aldılar
Fəvvarələr Meydanında isə AXCP üzvləri və gənc fəallar sözügedən ünvanın ayrı-ayrı nöqtələrində şüarlar səsləndirdilər.
Polis Fəvvarələr Meydanına girişi tam bağladığı üçün aksiya iştirakçılarının meydana daxil olması bir qədər çətinləşmişdi. Ancaq buna baxmayaraq etirazçılar əsas ünvana gələ bilirdilər.
AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və partiyanın üzvü Ehtiram Mehdiyevlə gənc fəal Qurban Məmmədov meydanın mərkəzinə daxil olarkən həbs olundu.
AXCP Sabunçu şöbəsinin üzvləri – Hətəm Allahverdiyev, Aqil Əliyev, Sahib Əliyev Kukla Teatrının qarşısındakı bağda Fəvvarələr Meydanına gələrkən saxlanıldılar.
Daha sonra bir qrup gənc “Parlament buraxılsın”, “Istefa”, Diktaturaya son!”, “Rədd olun!” şüarları ilə gözlənilmədən “McDonalds”ın qarşısında aksiyaya başladı. Polis dərhal hərəkətə keçdi, aksiyanı dağıtmağa Çevik Polis Alayının əməkdaşları da cəlb olundu.
AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Dəyanət Babayev, Xanım Mustafayeva, Kəmalə Bənənyarlı, Nətavən Səlimzadə, Müsavat gənclər təşkilatının üzvü Nərgiz Yaqublu, ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev, təşkilatın üzvləri Osman Əhmədov, Azər Sadıqov, Hafiz Fərhadov, Ramal Babayev və bir neçə gənc arxadan gələrək əqidədaşlarına dəstək verdi. Qəzəblənən polis onlarla sərt davrandı. Kəmalə Bənanyarlı, Nətavən Səlimzadə və Nərgiz Yaqublu polis qəddarlığıyla üzləşdi.
Aksiya lokal şəkildə davam etdirildi
Bundan sonra aksiya lokal şəkildə davam etdi. Həbslərə baxmayaraq yeni-yeni qruplar meydana yaxınlaşır və şüarlar səsləndirməyə başladılar.
AXCP sədrinin müavinləri Asəf Quliyev, Gözəl Bayramlı və partiya fəalı Nüşabə Atakişiyeva həbs edildi.
Əvvəlcə mülki geyimlilər gözlərinə yaxşı “görünmədiyi” şəxslər barədə məlumat verirdilərsə, sonradan aksiyanın dağıtmaq əmri aldılar. Mülki geyimlilər polislərdən aksiyaçılarla daha qəddar davranırdılar.
Növbəti hücumda AXCP fəalları Elnur Abdullayev, Hikmət Əliyev, Kamran Sanatürk, Bəhruz Həsənov, Ənvər Hüseynli, Zərifə Mehtiyəddinova, Azad Gənclik təşkilatından Ülvi Həsənli, NIDA-dan Turqut Qəmbər həbs olundu.
Aksiyaya sosial şəbəkələrdə edilən çağırışlar nəticəsində qoşulan xeyli fəal da var idi. Onlardan da bir neçəsi həbs olundu.
AXCP sədrinin müşaviri Şakir Abbasov, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov, gənc fəallar Rəşadət Axundov və Rövşən Nəsirli Nizami Gəncəvinin abidəsinin arxasındakı meydançada aksiyanı davam etdirdilər.
YAP rəhbərliyi aksiyanı izlədi
Keçmiş vicdan məhbusları – AXCP sədrinin müşaviri Məhəmməd Məcidli, partiya üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov da həbs olundular.
AXCP üzvləri Çingiz Cabbarov, Türkel Azərtürk, Elvin Baycan, Vüsal Bayramov, Renat Nəcəfov və Qüdrət Imanov polis özbaşınalığının qurbanı oldu.
Polis qol-qola girərək ərazidə var-gəl edərək insanları Fəvarələr Meydanınından uzaqlaşdırmağa səsləyirdi.
“Ukrayna” restoranının işçiləri jurnalistlərə açıqlamasında bildirdilər ki, iş elanı ilə bağlı gələn 10-15 nəfəri də polis saxlayaraq bölməyə aparıb.
Aksiyanı izləyənlər arasında YAP-ın icra katibi, deputat Əli Əhmədov, deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov və Kərim Kərimov da olub. Belə ki, onlar Fəvvarələr meydanı yaxınlığında yerləşən “ISR Plaza” mehmanxanasına daxil olublar. Mübariz Qurbanlı “Media forum” saytının əməkdaşına deyib ki, buraya gəlişləri aksiya ilə bağlı deyil. O bildirib ki, “ISR Plaza”ya çörək yeməyə gəliblər.
***
Bir saatdan artıq davam edən aksiya saat 17 radələrində bitdi. Aksiyada 100 nəfərdən artıq adam həbs olundu.
Ramin DEKO
Fəvvarələr Meydanından həbs edilənlərin siyahısı
1. Gözəl Bayramlı – AXCP sədrinin müavini
2. Asəf Quliyev – AXCP sədrinin müavini
3. Şakir Abbasov – AXCP sədrinin müşaviri
4. Məhəmməd Məcidli – AXCP sədrinin müşaviri, keçmiş vicdan məhbusu
5. Natiq Ədilov – AXCP mətbuat xidmətinin rəhbəri
6. Əbülfəz Qurbanlı – AXCP Gənclər Komitəsinin sədri
7. Iltifat Mehtiyev – AXCP MNTK üzvü
8. Zülfüqar Eyvazov – AXCP Nizami şöbəsinin sədri, keçmiş vicdan məhbusu
9. Vaqif Xalıqov – AXCP Suraxanı şöbəsinin sədri
10. Təzəxan Mirələmli – AXCP Cəlilabad şöbəsinin sədri
11. Kəmaləddin Rəhimov – AXCP Sumqayıt şöbəsinin sədri
12. Babək Həsənov – AXCP, keçmiş vicdan məhbusu
13. Kamran Sanatürk – AXCP
14. Natəvan Səlimzadə – AXCP
15. Bəhruz Həsənov – AXCP
16. Zərifə Mehtiyəddinova – AXCP
17. Nüşabə Atakişiyeva – AXCP
18. Ehtiram Mehdiyev – AXCP
19. Dəyanət Babayev – AXCP
20. Xanım Mustafayeva – AXCP
21. Kəmalə Bənənyarlı – AXCP
22. Hətəm Allahverdiyev – AXCP
23. Aqil Əliyev – AXCP
24. Sahib Əliyev – AXCP
25. Orxan Carçıyev – AXCP
26. Hüseyn Novruzov – AXCP
27. Rəfiqə Qurbanlı – AXCP
28. Elnur Abdullayev – AXCP
29. Elşən Ağayev – AXCP
30. Nihad Hüseyn – AXCP
31. Afina Əliyeva – AXCP
32. Elçin Həsənov – AXCP
33. Elçin Məmmədov – AXCP
34. Məhəmməd Əbilhəsənov – AXCP
35. Dadaş Dadaşov – AXCP
36. Tofiq Dadaşov – AXCP
37. Əkrəm Babayev – AXCP
38. Ramin Musayev – AXCP
39. Xalid Qarayev – AXCP
40. Hikmət Əliyev – AXCP
41. Çingiz Cabbarov – AXCP
42. Elvin Hüseynov – AXCP
43. Orxan Hüseynzadə – AXCP
44. Rza Abdullayev – AXCP
45. Tuncay Quliyev – AXCP
46. Turkel Azərtürk – AXCP
47. Elvin Baycan – AXCP
48. Vüsal Bayramov – AXCP
49. Renat Nəcəfov – AXCP
50. Qüdrət Imanov – AXCP
51. Ağaşirin Tanrıverdioğlu – AXCP
52. Ənvər Hüseynli – AXCP
53. Şükür – AXCP
54. Nərgiz Yaqublu – Müsavat partiyası gənclər təşkilatının sədr müavini
55. Aygün Abdullayeva – Müsavat
56. Cəmil Hacıyev – ADP
57. Osman Əhmədov – ADP
58. Azər Sadıqov – ADP
59. Hafiz Fərhadov – ADP
60. Ramal Babayev – ADP
61. Ülvi Quliyev – Azad Gənclik
62. Turqut Qəmbər – NIDA
63. Xətayi Qafarlı – NIDA
64. Ümid Xəzər – NIDA
65. Pərviz Məmmədov – bitərəf
66. Tamerlan Məmmədli – bitərəf
67. Rövşən Nəsirli – bitərəf
68. Rəşadət Axundov – bitərəf
69. Vüsalə Abbasova – Müsavat
70. Nicat Muxtarov – bitərəf
71. Şərəbanı Hüseynli
72. Təranə Hüseynova
73. Rüfət Əliyev AXCP
Müsavat Partiyasının qarşısında həbs olunanlar:
1. Arzu Səmədbəyli – Müsavat Partiyasının Məclisinin sədri
2. Gülağa Aslanlı – Müsavat başqanının müavini
3. Tural Abbaslı – Müsavat gənclər təşkilatının sədri
4. Zöhrab Məhərrəmli
5. Fəzli Mehdiyev
6. Mustafa Hacılı
7. Jurnalist Mehman Kərimli
8. Əhəd Məmmədli
9. Mirbaba Babayev
10. Rüfət Hacıbəyli
11. Elçin Cərulla
12. Şamil Beydulla
13. Vasif Sadiqbəyli
14. Amid Süleymanov
15. Zaur Məmmədov
16. Elxan Mehdiyev
17. Kənan Səfərli
18. Əlövsət Talışxanlı
19. Məzahir Məmmədli
20. Nicat Əmiraslanov
21. Sabutay Quluzadə
22. Nazim Əliyev
23. Nurlan Əliyev
24. Yasəf Ağazadə
25. Kərim Ağarza
26. Fərahim Abbaszadə
27. Məmməd Savalan
28. Yaşar Türkazər
29. Rüfət Kişiyev
30. Ramiz Mehdiyev
31. Hüseyn Məlik
32. Elman Fəttah
33. Tural Hacıbəyli
34. Dünyaxanım Vahabova
35. Elçin Əliyev – (“Baku news” internet televiziyasının əməkdaşı)
36. Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
Sutkalıq alanlar
1.Şakir Abbasov AXCP sədrinin müşaviri 10 sutka
2. Təzəxan Mirələmli AXCP Cəlilabad şöbəsinin sədri 8 sutka
3. Vaqif Xalıqov Suraxanı şöbəsinin sədri 10 sutka,
4. Bəhruz Həsənov AXCP sədrinin mühafizəçisi 7 sutka
5. Əbülfəz Qurbanlı AXCP Gənclər Komitəsinin sədri 8 sutka
6. Ülvi Həsənli “Azad Gənclik” Təşkilatının sədri 7 sutka
7. Rüfət Hacıbəyli Müsavat Gənclər Təşkilatının sədr müavini 9 sutka
8. Əhəd Məmmədli Müsavat gənclər təşkilatının sədr müavini 10 sutka
9. Tural Abbaslı Müsavat gənclər təşkilatının sədri 10 sutka
10. Turqut Qəmbər NİDA – 7 sutka
11. Dəyanət Babayev AXCP – 10 sutka
12. Ülvi Quliyev bitərəf – 8 sutka
13. Elşad Budaqov Müsavat – 7 sutka
Cərimələnənlər:
1. Arzu Səmədbəyli – 25 manat
2. Gülağa Aslanlı – 25 manat
3. Qubad Ibadoğlu, Müsavat partiyasının divan üzvü – 25 manat
4. Zərifə Məhtəddinova, AXCP – 7 manat
5. Afina Əliyeva, AXCP – 7 manat
6. Hamlet Səfixanlı, Müsavat – 25 manat
7. Asəf Quliyev, AXCP – 20 manat
8. Renat Nəcəfov, AXCP – 7 manat
9. Şamil Beydulla, Müsavat – 25 manat
10. Elxan Mehdiyev, Müsavat – 11 manat
11. Kənan Səfərli, Müsavat – 25 manat
12. Əlövsət Talışxanlı, Müsavat – 11 manat
13. Məzahir Məmmədli, Müsavat – 11 manat
14. Nurlan Əliyev, Müsavat – 11 manat
15. Ülfət Kişiyev, Müsavat – 20 manat
16. Hüseyn Məlik, Müsavat – 20 manat
17. Tural Hacıbəyli, Müsavat – 25 manat
18. Savalan Məmməd, Müsavat – 20 manat
19. Fədail Ruhullayev, Müsavat – 20 manat
20. Fəxrəddin Abbas, Müsavat – 20 manat
21. Elşad Israfilov, Müsavat – 20 manat