Amerikalı tarixçi: “Azərbaycanın öz vətəndaşları ilə pis rəftarından dəhşətə gəlməliyik”
“Mən sizin qəzetin 15 oktyabr sayında “Azərbaycan anti-İran rolundan zövq alır” başlıqlı məqalədə oxuduqlarımdan heyrətə gəldim. Azərbaycanın İslam ölkələri üçün uğursuz bir dünyəvi ölkə modeli kimi təsvir olunduğu doqquzuncu paraqraf istisna olmaqla məni çox təəccübləndirdi və narahat etdi”. Bu fikirlər ABŞ-da yayımlanan “The Washington Post” qəzetində dərc olunmuş məqalədə yer alıb. Məqalə müəllifi “St. Lawrence Universty”-nin Yaxın Şərq üzrə tarixçi və araşdırmasçısı Hovard Eysenstetdir.
Amerikalı alim Azərbaycanın beynəlxalq hesabatlarda ən sərt formada tənqid olunduğunu, ölkədə insan haqları və söz azadlığının kəskin şəkildə məhdudlaşdırıldığını vurğulayıb. Müəllif “Freedom House”, “Transparency İnternational” kimi beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarını mənbə kimi göstərərək ölkəmizdə qanunun aliliyinin pozulduğunu, korrupsiyanın dövlət siyasəti halına gəldiyini bildirib.
“Freedom House” Azərbaycanı söz azadlığının dəhşətli halda olduğu 18 ölkə arasında göstərib. Təşkilat hesabatlarında Azərbaycan müxalif fəallara qarşı repressiyaların sərt forma aldığı 10 ölkədən biridir. Jurnalistlər, gənclər və siyasi fəallar həbsxanalara atılır. “Transparency İnternational” isə bildirir ki, Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış neft kleptokratiyalarından – oğru rejimlərindən – biridir. Sizin məqalədə Azərbaycanın Cenifer Lopes kimi ulduzların performansı vurğulanır: bunu da qeyd eləmək vacibdir ki, “Amnesty İnternational” Şakira və Rihannaya açıq şəkildə yalvarmışdır ki, öz konsertlərini insan hüquqlarının pozulması üzrə məlumatın işığında olan bu ölkədə keçirməyi təkrar düşünsünlər. İranın dini hakimiyyəti ola bilsin, sizin dediyiniz kimi, Azərbaycanın mədəniyyətindən dəhşətə gəlir. Lakin biz Azərbaycanın öz vətəndaşları ilə belə pis rəftarından dəhşətə gəlməliyik”, – deyə Hovard Eysenstet yazıb.
Siyasət şöbəsi