“Azadlıq”a qarşı yeni təxribat?

Polis qəzetin direktorunu niyə axtarır?

“Azadlıq” qəzetinin direktoru Faiq Əmirov polisə çağırılıb. Bu gün saat 13 radələrində 5 nəfər polis əməkdaşı F.Əmirovun evinə gələrək onu axtarıblar. Həmin vaxt qəzetimizin direktoru evdə olmayıb.
Polislər bildiriblər ki, Gülnarə adlı bir qadının şikayəti əsasında gəliblər və F.Əmirov onlarla polis idarəsinə getməlidir.
F.Əmirov hadisə ilə bağlı qəzetimizə bildirib ki, polislərin dediyi adda adam tanımır, kimləsə problemi olmayıb və kiminsə gerçəkdən də ondan şikayətçi olduğunu düşünmür. Direktor polislərin onu axtarmasının özünə və ya “Azadlıq” qəzetinə qarşı təxribat ola biləcəyini güman edir.

Məsələni diqqətda saxlayacağıq.