Bakıda avtoxuliqan yol polisinə bıçaq çəkib

Bakıda yol polisi avtoxuliqanı zərərsizləşdirərkən ciddi müqavimətlə üzləşib.

Trend-in məlumatına görə videodan aydın olur ki, yol polisinin qanuni tələbinə tabe olmayan sürücü polisə müqavimət göstərib və soyuq silah (bıçaq) çəkib. Polisdən qaçmaq istəyən sürücü 18 saylı sərnişin avtobusuna daxil olur. Avtobusdakı sərnişinlər boşaldılır və polisə müqavimət göstərən sürücü zərərsizləşdirilir.