Daxili İşlər Nazirliyi (DİN) bir qrup gənc fəalın və ictimaiyyət nümayəndəsinin oktyabrın 20-də Bakının Fəvvarələr meydanında mitinq keçirməsinə imkan verilməyəcəyini bəyan edib. DİN-dən gələn xəbərdarlığa aksiya təşkilatçıları münasibət bildirib.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov vurğuladı ki, polis vətəndaşların sərbəst toplaşmaq azadlığını məhdudlağdırmaqdansa, cinayətkarlıqla mübarizə aparsın: “Azərbaycan polisi vətəndaşların konstitusion hüququndan istifadə etməsinə qarşı bu qədər həvəsli olunca, yaxşı olar gedib öz içindəki hacıməmmədovların yetişməsinin qarşısını alsın.
Polis qanunsuzluqla maraqlanırsa, Gülər Əhmədovları görsün, dinc və sivil metodlarla demokratiya ugurunda mübarizə aparanları yox”.
AXCP Gənlər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki,
Sabahkı aksiyaları ilə gənclər heç bir qanunsuz addıma imza atmırlar, əksinə bu onların hüququdur: “Bizim keçirəcəyimiz aksiya qanunsuz deyil, Azərbaycan Konstitusiyasının 49-cu maddəsinin bizə verdiyi haqdır. Ana Qanunun mövcudluğu halında qeyri-legitim hakimiyyətin nə dediyi önəmli görünümür.
Ayrıca, DİN qanunsuzluqlara qarşı mübarizəni sevirsə, o zaman, 20 oktyabr aksiyasının motivi olan Gülergeyt qanunsuzluğuna niyə göz yumurlar? Ölkədə hər addımbaşı bir qanunsuz hala rast gəlinir, DİN bu hallarda hara baxır?”.
Ə.Qurbanlı bildirib ki, vətəndaşların, siyasi fəalların ifadə azadlığını, sərbəst toplaşmaq azadlğını pozmaq, qarşısın almaq və bu yöndə təhdidlə çıxış etməyin özü qanuna ziddir.
İnformasiya şöbəsi