“Azadlıq” qəzetinin 17 oktyabr 2012-ci il tarixli sayında “Xaçmaz polisində tükürpədən işgəncə” başlıqlı yazıda Xaçmaz şəhər sakini Eyvaz Ələskərovun RPŞ-də amansızlıqla döyülməsi, işgəncələrə məruz qalması və buna görə etdiyi şikayətlər üçün polis əməkdaşları tərəfindən hədələnməsi qeyd olunmuşdu.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə dünən bununla bağlı redaksiyamıza yazılı açıqlama göndərib. Həmin açıqlamada deyilir ki, Eyvaz Ələskərov həqiqətən də cari il sentyabrın 12-də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilib: “Eyvaz Ələsgərovun söylədiklərində yeganə həqiqət budur. Və Sözügedən məsələ isə Eyvaz Ələskərovun özünün də bəhs etdiyi Xaçmaz şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Cəllad Bayramovun ölüm faktı ilə bağlıdır. Bu şəxs sentyabrın 10-da DIN-in ”102″ Xidmətinə zəng edərək iki gün əvvəl naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib, elə həmin gün xəstəliyi ilə əlaqədar Xaçmaz şəhər xəstəxanasına gətirilib. Ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılan Cəllad Bayramov sentyabrın 12-də günorta radələrində yaşadığı mənzildə dünyasını dəyişib. Cəllad Bayramov ölümündən az öncə bəzi yaxınlarına, o cümlədən bacısı Sonaxanım Zülfüqarovaya Eyvaz adlı şəhər sakini ilə dalaşdığını etiraf edib. Mərhumun yaxınları sonuncu faktı hadisə yerinə gəlmiş rayon hüquq-mühafizə orqanlarının rəhbərlərinin nəzərinə çatdırıb. Və heç şübhəsiz ki, ölüm faktı araşdırılarkən Cəllad Bayramovun Eyvaz adlı şəxslə dalaşmasının sonuncunun dünyasını dəyişməsi ilə hər hansı formada əlaqəsinin olub-olmamasına da aydınlıq gətirilməliydi. Bu baxımdan Eyvaz Ələsgərov polis əməkdaşları tərəfindən şöbəyə gətirilib. Izahatı alınandan sonra isə sərbəst buraxılıb. Onun digər söylədikləri isə əsassızdır”.
Xaçmaz polisində nə baş verib?
•