Morninqstar müxalifətlə görüşdü

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ötən gün ölkənin aparıcı müxalifət partiyalarının liderlərilə görüşüb.
Səfirliyinin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev “BBC Azərbaycanca”ya görüşün keçirildiyini təsdiqləsə də, təfərrüatlar barədə danışmaqdan imtina edib. O, müzakirə olunan məsələlərin ictimaiyyət üçün açıq olmadığını bildirib.
Səfirlə görüşdə AXCP və Müsavat partiyalarının liderlərilə yanaşı, ADP, ALP və Ümid Partiyasının rəhbərləri iştirak edib.