Diplomatlar Şahin Həsənli ilə görüşüb

Azərbaycanda faəliyyət göstərən bir qrup diplomat 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ilə görüşüb. Diplomatların arasında Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin siyasi məsələlər üzrə təmsilçisi Lyuda Kolesinskas, Almaniya səfirliyinin ikinci katibi Frans Maynqast, Britaniya səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Endru Harvey və Fransa səfirliyinin birinci müşaviri Elta Pinyol olub.
Ş.Həsənlinin həbsinin səbəbləri və təfərrüatı ilə maraqlanan diplomatlar vicdan məhbusundan səhhətinin və saxlanma şəraitinin necə olduğunu soruşublar. Bununla yanaşı, onlar Ş.Həsənliyə cəzaçəkmə müəssisəsi rəhbərliyinin və orada cəza çəkən dustaqların ona münasibətinin necə olduğu barədə də suallar veriblər.

Gültəkin