Gürcüstanın kurort şəhəri olan Batumda maraqlı layihəyə imza atıblar. Şəhərin mərkəzində içərisindən su əvəzinə çaxır çıxan fontan istifadəyə verilib. Yerli sakinlər və jurnalistlər bu eqzotik obyektə «ça-ça taur» adını veriblər («ça-ça qülləsi»). Onu da qeyd edək ki, şəhər sakinləri və turistlər istədikləri halda bu möcüzəli fontandakı çaxırın dadına baxa bilərlər. Amma onu da qeyd edək ki, Gürcüstanda məhşur olan bu alkoqol içki hər gün fontandan axmayacaq. Həftənin yalnız bir günü və 15 dəqiqə ərzində arzulayanlar çaxırın dadına baxa biləcəklər.
İnformasiya şöbəsi