azeri-oliqarxlar-rus

Azərbaycanlı oliqarxların ittifaqı açıqlama yaydı

Rusiya Azərbaycan Təşkilatları İttifaqı KİV-də qurumla bağlı yazılan məlumatlara münasibətini açıqlayıb. İttifaqdan Modern.az saytına verilən açıqlamada bildirilir ki, təşkilatın üç təsisçisindən başqa digərləri Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rəyasət Heyətinin üzvüdürlər və onu tərk etməyiblər.

“Söyün Sadıxov, Araz Ağalarov, Asif Məhərrəmovdan başqa digər adı çəkilənlər ÜAK-ın Rəyasət Heyətinin üzvləridirlər və qurumu tərk etməyiblər”-deyə Modern.az-a verilən açıqlamada deyilir. İttifaqdan o da bildirilib ki, yeni yaradılmış qurum siyasətlə məşğul olmayacaq: “İttifaq siyasətlə məşul deyil və özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat hesab etmir. Yeni yaradılmış qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək. İttifaqın üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”.