AXCP sədrinin müavini 2 səfirlikdə görüş keçirdi

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Böyük Britaniya və Şimali İrlandiya Krallığının siyasi məsələlər üzrə müşaviri Andryu Harvey (Andrew Harvey) və Almaniya səfirliyinin birinci katibi Frederik Hanke ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 2013-cü il prezident seçkiləri ilə bağlı seçki öncəsi durum və sərbəst toplaşmaq azadlğı məsələləri müzakirə edilib. Eyni zamanda son günlər ölkədə baş verən olaylar və beynəlxalq aləmin bu məsələlərə münasibəti də müzakirə mövzusu olub.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.