C.Cabbarlı küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişdiyi yerdəki yerüstü saatın əsas hissələri xarici ölkədən gətirilib. Onu 2007-ci ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsü işə salıblar. Yeri gəlmişkən, o zaman saat quraşdırılandan bir gün sonra uşaqlar onun zənginin mexanizmini sıradan çıxarmışdılar. Bu problemi aradan qaldırmaq üçün saatın zəngi daha hündür dirəkdən asıldı ki, ətrafda oynayan balacaların ona əli çatmasın.
2009-cu il mayın 13-də isə yerüstü saat xarab olmuşdu. O zaman saatın xarab olmuş mexanizmini düzəltmək bir neçə günə başa gəlmişdi.
Bir sıra Avropa şəhərlərində də belə saatlar mövcuddur. Amma onlar bu cür gözdən-könüldən iraq yerlərdə quraşdırılmayıb.(modern.az)