Suriyadakı qətliamlarda Putinin əli var

Qərb mediası Rusiya rəhbərinin bir vaxtlar Çeçenistanda etdiklərini Suriyada təkrarladığını yazır

Suriyada vətəndaş müharibəsi davam edir. Bəşər Əsəd rejimi üsyançılara qarşı vuruşmaq üçün başqa ölkələrdə muzdlu əsgərlər gətizdirir. “Reuters” agentliyinin suriyalı müxaliflər və bəzi iraqlı siyasətçilərə istinadən yaydığı xəbərinə görə, İraq şiələri Bəşər Əsəd ordusunun təkibində üsyançılara qarşı vuruşu. Xəbərdə deyilir ki, Suriyada döyüşən iraqlı Şiə qrupların başında Müqtəda əl Sədrin liderlik etdiyi “Mehdinin Ordusu” dayanır. Əl Sədrin ordusundan ayrılan və ya fərarilik etmiş əsgərlər qruplar halında Əsəd qüvvələriylə çiyin-çiyinə vuruşur.

“Reuters” əlavə edib ki, Suriyada İranın dəstəklədiyi “Bədir”. “Asayib Əhli əl Haqq” və “Kataib Hizbullah” qrupları da döyüşür. Agentliyə açıqlama verən “Əbu Həcər” kod adlı “Mehdi Ordusu”ndan fərarilik etmiş bir iraqlı İraqdan döyüşmək üçün gələn 500 adamın suriyalılar və başqa ölkələrdən gələnlərlə birlikdə “Əbu əl Fadal əl Abbas Tuqayı”nı qurduqlarını söyləyib. “Əbu Mücahid” kod adlı bir digər “Mehdi Ordusu”ndan qaçan silahlı Suriyadakı vəzifələrindən danışıb. O, iraqlılara Şiə məhəllələrinin və Şiələr üçün müqəddəs anlam daşıyan dini yerlərin mühafizənin tapşırıldığını deyib.

Bu arada Fransanın xarici işlər naziri Loren Fabius Rusiyanın Suriya ilə bağlı siyasətində ani dəyişkənlik baş verdiyini və Qərb ölkələrinin bunu anlamadıqlarını bildirib. Onun sözlərinə görə, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bəşər Əsədin təühlkəsizliyinə təminat verilməsə hakimiyyətdən getməyəcək. Fabius Lavrovun bu sözlərindən sonra Rusiyanın məsələdəki mövqeyində dəyişiklik olacağına inandığını deyib. Lakin sonradan Rusiya Bəşər Əsəd rejiminə dəstəyini artırdı. Fabius əlavə edib ki, Rusiyanın belə mövqedə durmasında yeganə səbəb Moskvanın Suriya hakimiyyətinə olan “hörmətidir”.

İngiltərənin “The Guardian” qəzeti isə yazıb ki, Suriya məsləsi Putin üçün mühüm əhəmiyyət daşıyır. Putin Suriyaya Çeçenistan kimi yanaşı və orada da günahsız insanların ölümündən narahat deyil. Qəzetin yazdığına görə, Putin Çeçenistanda təkrarladıqlarını Suriyada da edir. Onun üçün günahsız insanların öldürülməsi mənasızdır.