Keçmiş hökumət üzvləri hələki iş tapa bilmirlər
Gürcüstanda hökumətin istefası ilə bağlı açıqlama verən hazırki baş nazir Vano Merabişvili əksər nazirlərin banklara borclu qaldığını bildirib. Merabişvili “Rustavi-2” kanalına açıqlamasında deyib ki, əksir nazirlər uzun müddətli kreditlər götürüblər. İndi də istefaya çıxdıqdan sonra onlar hələ iş tapmayıblar. O, köhnə hökumət üzvlərinin yeni işlər tapacağına əminliyini də gizlətməyib.
Vano Merabişvili hökumət üzvlərinin xidmətlərini də xüsusi vurğulayıb. Onun sözlərinə görə hazırda elə bir dövr gəlib ki, “nazirlər büdcədən heç nə götürmədən” gedirlər:“Büdcədə 2 milyard lari qoyaraq getməyimiz bunun sübutudur. Belə şey olmayıb. Indiyədək hökumətlər arxada boş xəzinə və böyük borclar qoyaraq gediblər”.
Əlavə edək ki, oktybarın 1-də keçirilən seçkilərin nəticələrinə görə 150 yerli parlamentdə 85 mandat qazanmış Bidzina İvanişvilinin müxalif “ “Gürcüstan Arzusu” bloku öz hökumətini formlaşdırmaq haqqını qazanıb. Konstitusiyaya əsasən baş nazir parlamentə prezident tərəfindən təqdim olunur.