İsmayıl Ağayev: “Kürdlərlə də heç bir qohumluğumuz yoxdur”
“Bəzi mətbuat səhifələrində mənim kürd olmağım barədə yazılanların heç bir əsası yoxdur və bu fikirləri birmənalı şəkildə rədd edirəm”. Belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin sədri Ismayıl Ağayev “Olaylar”a bildirib ki, o yazılanlardan fərqli olaraq əsl türk oğlu türkdür:
“Atam, anamdan, eləcə də nənə və babalarımdan eşitdiyimə görə bizim nəslimizdə kürdlərlə nə nikaha girən olub, nə də kürdlərlə heç bir qohumluğumuz olmayıb. Ancaq çox dəyərli, Vətənimizi, dövlətmizi sevən kürd dostlarımız olub. 1992-1995-ci illərdə də Goranboy batalyonunda vuruşarkən bir çox azərbaycanlılardan daha çox can yandıran, əllərində silah ermənilərə qarşı vuruşan kürd qardaşlarımız vardı. Çünki onlar da ermənilərin təzyiqi nəticəsində deportasiyaya məruz qalmışdılar. Biz onlarla çiyin-çiyinə ermənilərə qarşı birgə döyüşürdük”.
Ismayıl Ağayev sabiq millət vəkili Gülər Əhmədova ilə hansısa biznes əlaqələrinin olmasını da təkzib edib:”Bizim heç bir biznes əlaqələrimiz yoxdur. Əgər belə bir fakt kimin əlində varsa ortalığa qoysun. Həm də mən böyük bir biznesmen deyiləm ki, kiçik bir sahibkarlıqla məşğulam”.