“Balın qiyməti 15 manat olacaqsa…”
“Yarmarkaya çıxarılan balın qiyməti 15 manat olacaq. Yarmarkada bu qiymətdən yuxarı bal satışı olarsa, günah Çingiz Fərəcovundur və o, cəzalandırılacaq”. Bunu “modern.az” saytına açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov paytaxtda keçirilən bal yarmarkasının açılışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, yarmarkaya çıxarılan balın qiyməti 15 manatdan yuxarı olmayacaq. Aslan Aslanov əlavə edib ki, ölkəyə Rusiyadan və Türkiyədən bal gətirilsə də, yerli istehsal daxili tələbatı ödəyir.