Pavel Xodorkovski:“Atam əfv üçün Putinə müraciət etməyəcək”
Rusiyalı oliqarx, “YUKOS” neft şirkətinin keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Xodorkovskinin oğlu Pavel Xodorkovski “Amerikanın səsi”nə münasibəsində atasının əfv üçün prezident Vladimir Putinə ərizə yazıb-yazmayacağı məsələsindən danışıb. O, atasının Putinə əfvlə bağlı müraciət etməyəcəyini deyib. Pavelin sözlərinə görə, atası Putinə müraciət etsə belə, onun təmin olunacağına inanmır.
Pavel Xodokosvki bildirib ki, onun atasının işi Rusiyada vətəndaş hüquqları və azadlıqlarının məhdudlaşdırılmasının başlanğıcı olub. O həmçinin qeyd edib ki, atasının əfvi ilə bağlı açıqlamanı prezident Putinin cəmiyyətin dəyişikliklər tələbi qarşısında məsuliyyəti üzərindən atması kimi qəbul edir:“Atamı azad etmək və nümayişçilərin siyasi məhbusların azad edilməsi haqda tələbini yerinə yetirmək üçün əfv haqda müraciətə ehtiyac yoxdur”.