Fəlsəfə doktoru diplom satarkən həbs olundu

Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Kamal oğlu Nəcəfovu akademiyanın həyətində həbs ediblər. AzNews.az-ın məlumatına görə, Ceyhun Nəcəfov Rusiya və Azərbaycan ali təhsil müəssisələrinin saxta diplomlarını satarkən yaxalanıb. Onunla birgə Gəncədə fəaliyyət göstərən ali məktəblərdən birinin dekanı da həbs olunub.

Məlumatı dəqiqləşdirmək üçün AMEA-nın müvafiq institutu ilə əlaqə saxlanılıb, fakt öz təsdiqini tapıb.

Olayla bağlı cinayət işi açılıb və istintaq gedir.