Qəzzafinin ölüm hesabatı açıqlandı
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Liviyanın keçmiş diktatoru Müəmmər Qəzzafinin öldürüldüyü an və ondan sonrakı araşdırmalardan ibarət hesabatını açıqlayıb. “Diktatorun ölümü: Siirtdə qanlı intiqam” adlı hesabatda Qəzzafinin son saatlarının bilindiyindən daha çox qanlı olduğu yazılıb. 50 səhifəlik sənəddə yazılanlara görə, Misratadan gələn müxaliflər Qəzzafiylə yanaşı onun yaxın ətrafındakı çoxlu tərəfdarını tutub. Sonradan məlum olub ki, diktatorun tərəfdarları da Qəzzafinin aqibətiylə üzləşib, onlara işgəncə verilərək öldürülüb.
Hesabatda edam edilənlər arasında Qəzzafinin oğlu Mütəəsimin də olduğu bildirilir. Təşkilatın sənədində qeyd olunur ki, Mütəəsim Qəzzafi Siirtdə yaralı halda həbs olunub Misrata şəhərinə aparılıb və burada öldürülüb. Hesabata görə, Qəzzafinin son dəqiqələrində yanında olan 66 nəfər də yaxınlıqdakı Mahari Otelinə aparılıb və burada edam edilib. Liviyanın yeni hökuməti isə hesabatda göstərilənlərə münasibət bildirməyib.