İkiqat olimpiya çempionu saxlanıldı

Mövlat Batirov ekstremist qruplarla əlaqədə şübhəli kimi həbs olunub

Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu, Rusiya yığmasının Dağıstan əsilli üzvü Mövlat Batirov Maxacqalada həbs olunub. O, ekstremist qruplaşmalarla əlaqədə şübhəli bilinərək saxlanıldı. İkiqat olimpiya çempionu Maxaçqaladakı məscidlərdən birinə tez-tez gedib gəldiyinə görə şübhələri özünə çəkib. Həmin məscid isə sələfilərin toplaşdığı və dini ayinlər yerinə yetirdiyi məscid kimi tanınır.

“Life News” hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib ki, Mövlat Batirovla birlikdə məscidə gedən daha 17 nəfər saxlanılıb. Saxlanılanların pasport qeydləri alındıqdan sonra buraxıldığı bildirilir. Mənbə əlavə edib ki, polis Maxaçqaladakı məscidi daimi nəzarətə götürüb.