İrəvandan Hələbə uçan təyyarə Ərzurum hava limanına endirilib və içərəsində axtarış aparılıb
Türkiyə Suriya istiqamətində uçan daha bir təyyarəni endirib. Ermənistandan Suriyaya humanitar yardım daşıyan mülki təyyarə Ərzurum hava limanınan endirilib. Təyyarədə axtarış aparılıb. Türkiyəli rəsmilər İrəvan-Hələb reysiylə uçan mülki təyyarə Türkiyə ərazisindən keçmək üçüb icazə istəyib.
Türkiyə ilk mərhələdə uçuşa icazə versə də, təyyarədə axtarış aparılacağını da öncədən erməni qurumlarına bildirib. Razılıq əldə olunandan sonra təyyarə Ərzurum hava limanına endirilib. VIP bölgəyə aparılan təyyarənin baqajında və içərisində axtarış aparılıb.