Dünyada 6 milyard mobil telefon abunəçisi var

Dünyada 6 milyard mobil telefon abunəçisi var. Bu məlumat Sim-kartların sayına istinadən verilib.

Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) bildirib ki, 2011-ci ilin sonuna qədər təxminən 6 milyard abunə qeydə alınıb.

Yer kürəsində 7 milyard adam yaşayır.

BTB-nin məlumatına görə, abunəçilərin 1 milyardı Çindədir.

155 ölkədə aparılan araşdırma bu nəticəni ortaya qoyub.

Tədqiqat qrupunun rəhbəri Susan Teltscher deyib ki, onlar Sim-kart nömrələrini sayıblar, mobil telefonları və ya adamları yox. “Çünki elə adam var ki, onun bir mobil telefon üçün iki nömrəsi var. Bu isə artıq iki abunə sayılır”.

O da bildirilir ki, dünyada dünya əhalisinin üçdə biri – təxminən  2 milyard adam internet istifadəçisi var.

İnkişaf etmiş ölkələrin 70, inkişafda olan dövlətlərin 24 faizi online-dır (“Azadlıq” radiosu).