Şakira “Bakı Kristal Zal”da körpəsi ilə (FOTOLAR)

Dünya şöhrətli müğənni Şakira “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zal”da (“Baku Crystal Hall”) geniş konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.

{jcomments off}Hamilələiyinin altıncı ayında olan Şakira Bakı tamaşaçıları qarşısında bir saatlıq şou ilə çıxış edib. Qeyd edək ki, dünya ulduzu bütün çıxışlarını təxirə salsa da, Bakıya gəlmək təklifinə etiraz etməyib. Amma o bu dəfə bir çox rəqslərindən imtina etməli olub. Əlini qarnına qoyan Şakira “Mən körpəmlə ilk dəfədir səhnəyə çıxaram. Bizim üçün çox yaxşıdır və körpəmizin mənimlə birlikdə oxuduğunu, rəsq etdiyini hiss edirəm” deyib (ans press).