Qardaş ölkənin Aralıq dənizindəki hərbi-dəniz qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib
Türkiyə Aralıq dənizindəki hərbi-dəniz qüvvələrini yüksək hazırlıq səviyyəsinə gətirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Aralıq dənizindəki bazalarına 127 millimetrlik çapa malik silahlarla təchiz edilmiş və raket sistemləri yerləşdirilmiş freqatlar yola salınıb..Bundan başqa hərbi bazalara hərbi qayıqlar da yan alıb. Onların qarşısına dəniz tərəfdən edilən istənilən hücumu dəf etmək tapşırığı qoyulub.
Qeyd edək ki, anoloji tədbir Türkiyənin Suriya ilə quru sərhədində də həyata keçirilmişdi. Suriya ilə sərhəd rayonlara 60 tank yeridilərək burada olan zirehli texnikanın sayı 250-yə çatdırılıb. Türkiyənin Diyarbəkir və Malatyada yerləşən hava bazalarına isə əlavə 15 F-16 qırıcısı göndərilib. Hazırda orada olan döyüş təyyarələrinin sayının 55-ə çatdığı bildirilir.
Xatırladaq ki, Türkiyə-Suriya münasibətləri oktyabrın əvvəlində Suriya ərazisindən Türkiyəyə mərmi atılmasından sonra xüsusilə gərginləşib. Mərminin partlaması nəticəsində 5 nəfər ölmüşdü daha 11 nəfər isə müxtəlif dərəcədə xəsarət almışdı.
İnformasiya şöbəsi