Ilham Əliyev Vahid Əliyevi gücləndirdi

Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində yoxlamalara başlanılır.  Məlumatda qeyd edilirdi ki, yoxlama nəticəsində ölkə ərazisindəki yerləşən hərbi hissələrin durumu, şəxsi heyətin sosial vəziyyəti araşdırlacaq. Bəzi mənbələrə görə, yoxlamaların aparılması təklifi prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevdən gəlib.
O zaman “Azadlıq” məlumatlı mənbələrə istinadən yazmışdı ki, bu müdafiə naziri Səfər Əbiyevə yönəlik addımdır. Hətta bu yoxlamaların nəticəsi olaraq ordu rəhbərliyində dəyişiklik ediləcəyi biləcəyi vurğulanırdı. Bunun ardınca Ilham Əliyev Vahid Əliyevin tabeliyindən olan şəxslərin sayını artırıb. Bu ölkə başçısının bir neçə gün əvvəl imzaladığı sərəncamı ilə baş tutub.
Bəzi ekspertlər hesab edir ki, bu, Səfər Əbiyevə qarşı yoxlamaların effektiv aparılması üçün düşünülmüş addımdır. Görünür, bu yoxlamalardan sonra ordu rəhbərliyində dəyişliklik ediləcəyi barədə xəbərlər əsassız deyilmiş.