Bu günlərdə ölkə başçısı Ilham Əliyev Heydər Əliyev Mərkəzinin Əsasnaməsini təsdiq etdi. Əsasnamədə maraqlı məqamlardan biri odur ki, bundan sonra Heydər Əliyevin adı ilə bağlı bütün tədbirləri Mərkəz həyata keçirəcək. Bu barədə Əsasnamənin “2.Mərkəzin fəaliyyət istiqamətləri” və “3.Mərkəzin vəzifələri” bölümündə ətraflı yazılıb.
Bu bölümlərə diqqət edərkən aydın olur ki, Heydər Əliyev haqqında kitab yazılmasından tutmuş, onun adına park verilməsinə qədər bütün işlər Mərkəzin nəzarəti altında görüləcək. Bundan əvvəl bu işlərə Prezident Administrasiyası (PA) nəzarət edirdi. Artıq PA bu səlahiyyətini itirmiş oldu. Bununla həm də Heydər Əliyevin adı ilə silinən pullar administrasiyanın əlindən çıxdı.
Sirr deyil ki, Heydər Əliyev muzey və mərkəzlərinin tikilməsi, onun adına parkların salınması, müxtəlif tədbirlərin keçirilməsi həm də hökumətin korrupsiya əməliyyatlarının tərkib hissəsidir. Bu işlərə görə milyonlarla pul silinir. Indi bu pullar bir əldə – hakim ailənin əlində cəmlənəcək.
Heydər Əliyevin adı ilə silinən pullar hakim ailənin nəzarətinə keçdi
•