Onların sahiblərinə kompensasiya veriləcəkmi?
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov jurnalistlərə açıqlamasında dəmiryolu boyunca qanunsuz tikilən ev və obyektlərin söküləcəyini bildirib. 1000-ə qədər belə tikilinin sökülməsi barədə QSC-nin artıq hökumətə müraciət etdiyini deyən A.Əsgərov əvvəllər bu sayın 3000 olduğunu bildirib.
Araşdırma nəticəsində ümumilikdə 3000 ev və obyektin sökülməsi barədə iş aparıldığı bəlli olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Nadir Əzməmmədovdan ev və obyektlər söküləcəyi təqdirdə sakinlərə kompensasiya verilib-verilməyəcəyini soruşduq. N.Əzməmmədov bildirdi ki, kompensasiya məsələsinə hökumət baxır. Yəni, söküləcək ev və obyektlərin sahiblərinə kompensasiya verilib-verilməməsi məsələsi hökumətdən asılıdır.
Nigar