«Kommersant» qəzeti: «Rusiya kəşfiyyatı təyyarə ilə əlaqədar məlumat sızdıranları axtarır!»
Rusiya mətbuatının məlumatına görə Rusiyanın rəsmi daxili kəşfiyyatı- FSB-nın Moskva- Dəməşq relsi ilə uçan Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsində daşınılan yüklə əlaqədar məlumatı sızdıranların arxasına düşəcəyini bildirib.
“Kommersant” qəzetinin iddialarına görə FSB vəziyyətlə əlaqədar Rusiya təşkilatlarında araşdırma aparacaq. Təyyarənin türklərə məxsus olan F-16 döyüş təyyarəsinin müdaxiləsi ilə Ankara Esenboğa Hava limanına düşməsini geniş şəkildə şərh edən “Kommersant” hadisənin Türkiyə-Rusiya əlaqələrini gərginləşdirəcəyini bildirib. Rusiya mətbuatı təyyarədə silahların daşındığını qəti şəkildə təkzib edib. Rusiyanın xaricə silah satmaqla məşğul olan təşkilatı “Rosoboroneksport”un sədri Vyaçeslav Davidenko: “Təyyarədə şirkətə məxsus hərbi yük olmayıb. Oradakı yükün nə və hara aid olmasından da xəbərimiz yoxdur!” bildirib.
“Kommersant”ın əldə etdiyi məlumatlara görə təyyarənin içində texniki cihazlar olub. Həmin cihazlar isə Suriya Silahlı Qüvvələrinə aid zenit radar sistem bazaları üçün nəzərdə tutulub. Qəzet bunların sadəcə adi cihaz olduğunu deyib və onların silah olmadığını bildirib. Türkoloq alim Viktor Nadeyin Rayevski Türkiyənin NATO-nun mənfəətləri istiqamətində hərəkət etdiyini və Suriyaya ediləcək əməliyyatda Şimali Ittifaqının poliqonuna çevriləcəyini bildirib. Türkoloqa görə Ankara bu davranışı ilə “Əsəd rejimini təslim et!” deyə Moskvaya mesaj verib(Olaylar).