Türkiyənin ən mötəbər kino festivalı olan Altın Portağal Film Festivalının 49-cu mövsümü sona çatıb. Məşhur aktrisa və müğənni Hülya Avşarın rəhbərliyi ilə keçən festivalda ən yaxşı film nominasiyası üzrə «Gözəlliyin on qəpiyə dəyməz» filmi mükafat qazanıb. Əbdülqədir Tuncər sözgedən filmdə roluna görə ən yaxşı aktyor, ən yaxşı aktrisa isə «Əlvida Katya» filmindəki roluna görə, Anna Andrusenko seçilib. Qalib filmin ssenarisini yazan Hüseyn Tabaq isə ən yaxşı ssenari müəllifi kimi fərqlənib.
“Ən yaxşı film” nominasiyasında isə “Zərrə” filmi qalib gəlib. “Ən yaxşı rejissor” mükafatını bu filmin rejissoru Ərdəm Təpəgöz qazanıb.
“Zərrə” filminin sənət rejissoru olan azərbaycanlı Törə Ağabəyova isə festivalın ən yaxşı sənət rejissoru nominasiyasında qalib olub.
Qeyd edək ki, Avşarın sözlərinə görə, festivalda təqdim olunan 16-18 yaşdan yuxarı izləyicilər üçün nəzərdə tutulmuş bəzi filmlər tənqid mövzusu olub.
Festivala, eyni zamanda, siyasət xadimlərindən də qatılan olub. Belə ki, müxalif Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Qılıncdaroğlunun festivalda iştrakı kameraların diqqətindən yayınmayıb (ans press).