Dünən 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində III turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, milli komandamızın yer aldığı qrupda 2 qarşılaşma baş tutub.
Qrupun favoritləri sayılan Portuqaliya və Rusiya Moskvada üz-üzə gəlib. Öz meydanında minimal hesablı qələbə qazanan rusiyalılar hesabındakı xalların sayını 9-a çatdırıb. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən şimal qonşularımız 4 gün sonrakı rəqibi millimiz olacaq.
Digər qarşılaşmada İsrail yığması səfərdə Lüksemburqun qapısından 6 cavabsız top keçirib.
Gecənin ən böyük hesablı qələbəsini Almaniya yığması qazanıb. İrlandiyaya səfər edən Bundestim rəqibin qapısından 6 top keçirib.
Türkiyə millisi isə ardıcıl ikinci dəfə uduzub. Ötən tur Hollandiyaya yenilən “ay-ulduzlular” bu dəfə Rumıniyaya məğlub olublar.