Nobel sülh mükafatı AB-yə verilməməli idi

Nobel sülh mükafatının Avropa Birliyinə verilməsi həm də tənqidlə qarşılanıb.
1983-cü ildə Nobel Sülh mükafatı almış Polşanın Solidarnost hərəkatının lideri, sonra Polşa prezidenti olan Lex Valesa deyib ki, Nobel mükafatının Avropa Birliyinə verilməsi xəbəri onun üçün xoşagəlməz sürpriz olub.

Valesa bildirib ki, Avropa Birliyi sülh üçün çox iş görür, ancaq buna görə maaş alırlar. Fərdlər  isə eyni işi görməyə qurbanlar verirlər və böyük risklərə gedirlər. Valesanın fikrincə, bu mükafat fərdə verilməli idi (“Azadlıq” radiosu).