Təhrir meydanında müxaliflərlə hakimiyyət tərəfdarları toqquşdu
Ötən gün Misirin paytaxtı Qahirədəki Təhrir meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası keçirilib. Təhrir meydanında baş tutan aksiyaya 5 000-ə yaxın fəal qatılıb. Aksiya iştirakçıları yeni seçilmiş prezident Məhəmməd Mursidən hakimiyyətinin 100-cü günündə daha çox islahatalar aparmasını tələb ediblər. Aksiyada Misirin yeni konstitusiyasına dəyişiklik edilməsi üçün yaradılmış panelin çoxpartiyalı olması tələb edilib. Hazırkı panelin tərkibi isə əksəriyət olaraq islamçılardan təşkil olunub.
Müxalifətin etiraz aksiyası öncə dinc başlasa da, daha sonra zorakılıqlar baş verib. Prezident Mursinin tərəfdarlarının aksiyanı dağıtmağa cəhd etməsi sonda qarşıdurmalara səbəb olub. Tərəflər bir-birilərinə daş və dəmir parçaları ilə hücum ediblər. Qarşıdurmalar zamanı Məhəmməd Mursinin tərəfdarlarının avtobusu yandırılıb. Əlavə edək ki, bir neçə gün əvvəl Misir məhkəməsinin sabiq prezident Hüsnü Mübarək dönəmində ağır cinayətlər törətidiyi iddia edilən 25 nəfəri azadlığa buraxması hazırda ölkə müxalifətinin əsas tənqid mövzusuna çevrilib.