Klintonun nümayəndəsi Bakıya gəlir

Yaxın zamanlarda Amerika Birləşmiş Ştatlarından Azərbaycana bir neçə yüksək rütbəli şəxslərin səfəri nəzərdə tutulur. Onlardan biri Amerikanın dövlət katibi müavininin köməkçisidir. Bu barədə ANS-ə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar məlumat verib. Onun sözlərinə görə, Azərbaycana səfər edəcək yüksək rütbəli şəxs dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubindir və o burada Azərbaycanla əməkdaşlıq məsələləri üzrə müzakirələr aparacaq. Həmçinin qarşıdan gələn bir neçə həftə ərzində Birləşmiş Ştatlardan Azərbaycana bir sıra nümayəndələrin səfəri planlaşdırılır.