e abdullayev-abu-rektor

Elşad Abdullayev daha bir “bomba” partlada bilər

e abdullayev-abu-rektorSabiq rektorda elə bir məmurlar siyahısı var ki…

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevdə elm sahəsində baş verənlərlə bağlı sensasion sənədlər var. Bunun “Azadlıq”a sabiq rektora yaxın şəxslərdən biri deyib.
Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, Elşad Abdullayev vaxtilə Ali Attestasiya Komissayasında məsul vəzifədə işləyərkən həmin sənədləri əldə edib. “Həmin sənədlər saxta və plagiat elmi işlərlə bağlıdır. Burada bəzi məmurların da adı keçir”, – deyə sabiq rektora yaxın şəxs bildirib. O, əlavə edib ki, sabiq rektor bu faktları da ictimailəşdirmək niyyətindədir: “Lakin hələlik Elşad Abdullayev daha çox qardaşının oğurlanması ilə apardığı müstəqil araşdırmalarını nəticələrini ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra elmə sahəsində baş verənlər bağlı sensasion sənədlər ictimaiyyətə təqdim edilə bilər”.

Informasiya şöbəsi