Azərbaycanın adı PKK-ya yardım edənlər siyahısında

pkk-yardim-siyahiƏrdoğan hökuməti bu yolla Əliyevlərə nəyin mesajını verir?

Türkiyənin “Haberler” internet qəzeti PKK-ya kömək edən ölkələrin deşifrə olunduğunu yazıb və bu ölkələrin siyahısını verib. PKK-ya kömək edən ölkələr arasında Azərbaycanın da adı var. Məqalədə PKK-ya dəstək verən ölkələrin başında Suriya, Iran və Israil gəlir.
Bildirilir ki, Suriya öz ərazisini bu təşkilatın fəaliyyəti üçün açıq elan edib. Suriya kəşfiyyat orqanları PKK-ya maddi-texniki, şəxsi heyət və sığınacaq baxımından yardım edir. Terror təşkilatın Suriyadakı qanadında 1500 suriya agenti fəaliyyət göstərir.ÿIrana gəlincə, ölkənin Təhlükəsizlik Nazirliyi olan Savak üzərindən PKK-ya ciddi yardım göstərilir və hətta Iran bu təşkilat vasitəsilə Türkiyəni təhdid altında saxlayır. Məqaləyə görə, PKK daxilində 1500-dən çox SAVAK üzvü var.ÿIsrailin xüsusi xidmət orqanı olan MOSSAD isə bölgədə PKK-ya yardım göstərən və ən ağıllı hərəkət edən təşkilatdır. Israil bölgədə rahat gələcəyi üçün PKK-nın yaxşı kart olduğunu düşünür, “Böyük Kürdüstan” dövlətinin yaradılmasında bu təşkilatın ən təsirli fiqur olacağına ümid edir. Bu ölkələrdən başqa, PKK-nın bəzi Avropa ölkələrindən müxtəlif formada dəstək aldığı qeyd olunur. Nəhayət, siyahıda keçmiş SSRI respublikalarından Rusiya və Ermənistanla yanaşı Azərbaycanın da adı PKK-nın yardım aldığı ölkələr sırasında çəkilir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun sözlərinə görə, Türkiyə hökuməti məsələni zaman-zaman Azərbaycan hakimiyyətinin diqqətinə çatdırır: “Sadəcə olaraq açıq yox, rəsmi, qapalı görüşlərdə. Mən güman etmirəm ki, Azərbaycan hökumətinin diqqətinə çatdırmadan belə ittihamlar  yazılsın. Bir dəfə Türkiyə rəhbərliyinin Azərbaycana səfəri zamanı Ilham Əliyev bəyan etdi ki, biz PKK-nı terrorçu təşkilat kimi tanıyırıq. Yəni bu, Azərbaycan tərəfindən səslənmiş yeganə rəsmi fikir olub. Ehtimal ki, həmin bəyanatdan əvvəl qapalı görüşdə bununla bağlı müzakirələr aparılıb. Amma bəyanat vermək ayrı, real addımlar atmaq ayrı. Kompleks tədbirlər həyata keçirmək lazımdır. Əvvəlcə parlamentdə bu barədə qanun qəbul edilməlidir. Daha sonra PKK ilə əməkdaşlıq edən şirkətlərə, qurumlara sanksiyalar tətbiq olunmalı, onların fəaliyyəti qadağan edilməlidir. Azərbaycanda isə biz bunu görmürük. Türkiyə mətbuatının yazdıqlarına baxmayaraq, Azərbaycan tərəfi bir dəfə olsun ittihamlara münasibət bildirməyib. Görünür, Türkiyə bu məqalələri davam etdirməklə Azərbaycan hökumətinə sözdən o tərəfə keçmədiyini xatırladır”.