Devrilmiş və devrilməkdə olan diktatorlar uzun illər ərzində xalqa 1 trilyona yaxın zərər vurublar
Tunisli universitet məzunu, gənc tərəvəz alverçisi Məhəmməd Buazizinin özünü yandırmasıyla alovlanan Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğası – “Ərəb Baharı” – etirazları diktatura rejimlərinin uzun illər milyardlarla dolları talan etdiklərini ortaya çıxardı. Tunis, Misir, Liviya, Yəmən və Suriyadan ibarət olan 6 “Ərəb Baharı” ölkəsinin diktatorlarının son 40 ildə xalqına vurduğu maddi zərərin 1 trilyon ABŞ dollarına çatdığı bildirilir.
Mübarəkin 134 milyardlıq oğurluğu
Misirdə 30 illik Mübarək rejimi zamanı talan edilən və qanunsuz yollarla ölkə xaricinə çıxarılan pulun dəyəri 134 milyard dollar olub. Bu məbləğin 54 milyardının son 8 ildə talan edildiyi və ölkədən çıxarıldığı təsbit olunub. Ölkə xaricinə qaçırılan pulların Madrid, Dubay, Panama, Karib adaları və London kimi şəhərlərdə bahalı daşınmaz əmlaka yatırdıldığı açıqlanıb. Misirli rəsmilərin sözlərinə görə, bu şəhərlərin aid olduğu ölkələrin hökumətləri göstərilən pulların geri qaytarılmasına ciddi maraq göstərmirlər.
Qəzzaf sərsəm hədəflərinə milyardlar “xərcləyib”
Qəzzafinin “Afrika krallığı və ya Ərəb Şeyxliyi” kimi hədəflər üçün ölkə xaricinə çıxardığı məbləğ məsələsində dəqiq məlumat yoxdur. Bəzi qaynaqlar 40 və ya 50 milyard dollardan bəhs edir. Ancaq mütəxəssislər göstərilən 40-50 milyard dolların düşünülən ehtimalların çox az hissəsi olduğunu deyir. Onların fikrincə, Qəzzafi neft gəlirlərindən əldə edilən külli miqdarda pulu ölkə xaricinə çıxardığı ehtimal olunur.
“Qara kassa”nın müəmmalı ölümü
Qəzzafi ailəsinin Avropadakı sərmayələrindən məlumatlı olan devrilmiş rejimin keçmiş neft və baş naziri Şükrü Qanimin cəsədinin Vyanada bir çayda tapılması bu məsələdəki şübhələri daha da artırdı. Aparılan araşdırmalar nəticəsində eks baş nazirin boğularaq öldürüldüyü aydınlaşdı. Hadisənin sui-qəsd olduğu, cinayətin arxasında Qəzzafi ailəsi və ya hələ də Liviyada həbsxanada saxlanılan diktatorun oğlu Seyfülislamın adamlarının dayandığı iddia edilir.
Qəzzafinin Afrikadakı 7 milyard dollarlıq sərmayələrini bilən tək adam, etirazlar zamanı ortadan itər Bəşir Saleh Bəşirin aqibətindən xəbər yoxdur. Bəşirin bu pullar üzərində müəyyən faiz haqqı olduğu deyilir. Bəşirin bir Avropa ölkəsində olduğu, Liviyadan qaçırılmasına avropalı yüksək vəzifəli keçmiş rəsminin kömək etdiyi bildirilir.
Ben Əli ilə birgı yoxa çıxan 15 milyard
Tunis diktatoru Zeynal Abidin bin Əlinin ölkədən qaçmasından sonra arada itən 15 milayrd dolların aqibəti barəsində də ziddiyyətli məlumatlar var. Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin, oğulları və yaxın ətrafının sərvətinin də 15 milyard dollar civarında olduğu deyilir.
Suriyada hələ də davam etməkdə olan üsyan Əsəd rejiminin talan etdiyi milyardlarla bağlı dəqiq məlumat ortaya çıxarmayıb. Müxalifət 1970-ci ildən bu yana BƏƏS hakimiyyətinin ölkə xaricində investisiyalar qoyduğunu, bu investisiyaların da hakim ailəyə yaxın iş adamları və ata Əsədin oğulları adına yatırıldığını iddia edir.
Əsəd ailəsi də uzun illər xalqdan milyardlar oğrulayıb
Suriya İnvestisiyaları Heyətinin rəhbəri Əhməd Diyab, 2011-ci ilin iyulunda verdiyi açıqlamasında əllərindəki məlumatlara əsasən Suriyanın ölkə xaricindəki investisiyaların miqdarının 70-100 milyard dollar olduğunu bildirmişdi. Bəzi müşahidəçilər Bəşər Əsəd diktaturasının xalq etirazları qarşısında bu qədər dirənməsinin bir səsəbi kimi də BƏƏS rejiminin 40 il ərzində ölkə xaricinə çıxardığı milyardları göstərib. Onların sözlərinə görə, Əsəd rejimi bu pullardan xilas olmaları üçün istifadə edir.
Diktatorların pullarının çox hissəsinin olduğu banklarının yerləşdiyi İsveçrə hökuməti “Ərəb Baharı” yaşanan ölkələrin pullarıyla bağlı yeni tədbirlər görməyi hədəfləyir. Bu il mayın 12-də İsveçrə məhkəməsi önəmli qərar çıxardı. Qərara görə, “Ərəb Baharı” ölkələrinin liderləri və ya həmin rejimlərə yaxın şəxslərin hesabındakı pullar “mafiya və mütəşəkkil cinayətkar təşkilatlara aid pullar” kimi qiymətləndiriləcək. Məhkəmənin bu qərarı “Ərəb Baharı” ölkələrinin xalqları tərəfindən “İsveçrə banklarına yatırılan külli miqdarda pullar geri qaytarılmayacaq” kimi dəyərləndirildi.
Elxan