Norveçin paytaxtı Osloda Nobel sülh mükafatının 2012-ci ildəki laureatı açıqlanıb. Bu il mükafat Avropa Birliyinə verilib. AB ali mükafata Avropa xalqları arasında dostluq münasibətlərin möhkəmləndirilməsində, dünyada sülhə nail olunmasında xidmətlərə görə layiq görülüb.
AB-nin sülh mükafatına layiq görülməsinə ilk reaksiya Avropa Parlamentinin spikeri Martin Şultsdan gəlib. O, xəbərin onu möhkəm təsir etdiyini bildirib (lent.az).