Oktyabrın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti İslam Kərimovun təkbətək görüşü olub. AzərTAc-ın yaydığı məlumata görə, görüşdə Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib, iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.