BMT-nin İranla bağlı hesabatında azərbaycanlılardan da söz açılıb

Qurumun İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid yeni hesabatını təqdim edib. “Media forum” saytının məlumatına görə, hesabatda İranda azərbaycanlılara qarşı təzyiqlərdən də söz açılır, bildirilir ki, bu ölkədə milli, dini azlıqlara, o cümlədən azərbaycanlılara və ərəblərə qarşı zorakılıqlar, təzyiqlər geniş vüsət alıb, xristianlar, bəhailər, digər dini qruplar, məzhəb qrupları ağır təzyiqlərə məruz qalır.

Hesabatda İranda edamların da artdığı vurğulanır. Əhməd Şəhid bildirib ki, İranda insan hüquqlarının vəziyyəti son dərəcə acınacaqlıdır. O, İran hakimiyyətini qadınlara, milli və dini azlıqlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.