Avstraliyanın Nyu-Saus Uels ştatında yazın ortasında gözlənilmədən qar yağıb. Cənub yarımkürəsində yaz ayı olan oktyabrda bu regionda 40 ildən çoxdur qar görülməmişdi. Güclü küləyin əsməsi də vəziyyəti çətinləşdirir.
Ştatın əsas yollarının əksəriyyəti 30 santimetr hündürlüyündə qarla örtüldüyündən bağlanıb. Paytaxt Sidney yaxınlığındakı dağ yollarında qalmış 300-dən çox avtomobilin sərnişinləri xilas edilib. Qar Sidneyin mərkəzində də fəsadlara yol açıb, bəzi qatar reysləri təxirə salınıb.
Yerli sakinlər okyabrda qara hazır olmadıqlarını bildiriblər, lakin dağ xizəyi həvəskarları Adelaida şəhəri yaxınlığındakı qış kurortlarına üz tutublar (ans press).