Özbəkistan prezidenti Azərbaycana gəlib

Özbəkistan prezidenti İslam Kərimov Azərbaycana rəsmi səfərə gəlib. Özbəkistan dövlətinin başçısını hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Ali qonaq hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.
Qeyq edək ki, bu gün Bakıda Azərbaycanla Özbəkistan arasında biznes forum işinə başlayıb. Bu gün Özbəkistanın baş nazirinin müavini Uluqbek Rozukulov iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə nazir Ş. Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

İnformasiya şöbəsi