Bakının Nəsimi rayonunda futbolçuların qanı axıdılıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakının “İnter” futbol klubunun iki gürcü futbolçusu “Mamoniya” kafesinin yaxınlığında bıçaqlanıb.
Müəyyən edilib ki, klubun hücumçusu Georgi Adamiya və qapıçısı Giorgi Lomaya sözügedən barın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıblar. Cinayətkarlar futbolçuları bıçaqla hədələyərək əyinlərindəki gödəkçəni, telefonlarını və pullarını almaq istəyiblər.
Futbolçular müqavimət göstərərkən həmin şəxslər onlara bıçaqla xəsarət yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılır.