“AST Telman” kimi tanınan azərbaycanlı iş adamı Telman Ismayılova 72 min dollarlıq tar hədiyyə edən nazir oğlu barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda iddia olunur ki, iş adamına hədiyyə edən şəxs nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Məlumat üçün bildirək ki, Telman Ismayılovun azərbaycanlı məmurlar arasında daha çox Ziya Məmmədovla sıcaq münasibətləri var. Bu baxımdan bahalı hədiyyənin məhz nəqliyyat nazirinin oğlundan gəldiyi inandırıcı görünür.
Xatırladaq ki, bu günlərdə “AST Telman”a 72 min dollarlıq hədiyyə edildiyi barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, hədiyyəni nazirlərdən birinin oğlu edib. Lakin söhbətin konkret hansı nazirin oğlundan getdiyi qeyd edilməmişdi.