Misirin sabiq prezidenti Ənvər Sadatın qızı Liviya diktatoruyla bağlı çoxlarının bilmədiyi sirri açıqlayıb
Misirin keçmiş prezidenti Ənvər Sadatın qızı Ruqəyya Səudiyyə Ərəbistanının sabiq kralı Faysalla aralarında olmuş qısamüddətli görüş zamanı bəhs etdikləri məsələlər barədə qeydlərini çap etdirəcəyi kitaba salıb. Ruqayyə yazıb ki, Səudiyyə kralı onun vasitəsilə atasına mesaj göndərək Liviya diktatoru Müəmmər Qəzzafinin psixoloji problemi olmasıyla bağlı xəbərdar edib. Ruqəyya Sadat Səudiyyə kralının Ənvər Sadata həmin xəbərdarlığı onun vasitəsilə göndərdiyini də deyib.
Ənvər Sadatın qızı yaxın günlərdə satışa çıxarılacaq kitabında atasına göndərilən ikisi şifahi olmaqla dörd mesaj və bunlardan birinin Qəzzafiylə bağlı olduğunu yazıb. Ruqəyya 1972-ci ildə Həcc ziyarətini başa vurduqdan sonra Səudiyyə kralı Faysal ilə görüşdüyünü və aralarındakı söhbəti qələmə alıb:“Kral Faysal: Ona (Atana) söylə Faysal səni Qəzzafi məsələsində diqqətli olmağın üçün xəbərdar edir. Camal Əbdunnasır Qəzzafinin Maadi Bəhmən (Qahirə) xəstəxanasında (bu xəstəxana psixoloji problemli insanlar üçün nəzərdə tutulub) müalicə etdirib. Ruqayyə: “Nə danışırsınız əlahəzrət? Kral Faysal: Bəli. Əminəm ki, özü də bunu bilir”.
Görüşü xatırlayan Ruqəyya kraldan atasına başqa mesajı olduğunu soruşduqda, kralın cavabı “xeyr, bu qədər” cavabını verdiyini yazıb. Ruqəyya atasına çatdırılmalı olan ikinci şifahi mesajın isə Hüsnü Mübarəklə bağlı olduğunu bildirib. O dönəm Misirin Londondakı səfiri Həsən Əbu Səəd tərəfindən atasına çatdırılması üçün Ruqəyyaya deyilən şifahi mesaj belə olub:“Hüsnü Mübarək və Əbu Qazələ (Ənvər Sədatın son və Mübarək rejiminin ilk 8 ilində müdafiə naziri) tərəfindən Sadat hökumətini devirmək üçün planları ifşa olunub”.
Ruqəyya bu mesajı da atasında çatdırdığını yazıb: “Mesajı atama çatdırdım. Bu onun üçün gözlənilməz oldu. Belə diksindiyini ilk dəfə görürdüm. O isə dedi: qızım Ruqa mən onsuz da 1982-ci il aprelin 25-də istefa verəcəyəm. O da müavinim olaraq prezident postunu tutacaq”.