Mükafat Robert Lefkoviç və Brayan Kobilkeyə təqdim edilib
2012-ci il Nobel mükafatının kimya üzrə laureatlarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademiyası bu kateqoriyada mükafatı Robert Lefkoviç və Brayan Kobilkeyə təqdim edib. Alimlər canlı hüceyrələrin reseptorlarının işini tədqiq etdiklərinə görə Nobel mükafatına layiq görülüb.
Lefkoviç və Kobilke müəyyən edib ki, müxtəlif reseptor qrupları ətraf mühitin dəyişməsinə, dərman vasitələrinin daxil edilməsinə və digər stimullara reaksiya verir. Əvvəllər isə canlı reseptorların iş prinsipi məlum deyildi.