Ərdoğan Suriya diktatorunun 30 min adamı öldürərək rekord qırmağa çalışdığını bildirib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya diktatoru Bəşər Əsədin ünvanına növbəti ağır ittihamlar səsləndirib. Baş nazirin sözlərinə görə, Bəşər Əsəd 30 mindən çox adamı öldürərək, atası Hafiz Əsədin rekordunu təzələməyə çalışır:“Bilirsiniz, ata Əsəd Hama və Homs şəhərlərində 30 min adamı qətlə yetirmişdi. Oğul Əsəd də “indi mən atamın rekordunu qırmalıyam” deyir və 30 mini ötüb keçməyə çalışır”.
Ərdoğan Türkiyənin Suriya məsələsində həssaslığının tamamilə qonşuluq hüququndan, qardaşlıq və qohumluq əlaqələrindən irəli gəldiyini bildirib:“Bu ölkələdə olan hər şey, təbii ki, Türkiyəyə təsir edir. Bizim əsla Suriyanın daxili işlərinə qarışmaq kimi bir niyyətimiz yoxdur. Suriya üzərindən xeyir güdmürük”.