“Azad Radiosu”nu Rusiyadan qovurlar?

Yeni qəbul olunmuş qanun qurumun fəaliyyətini dayandırmasıyla nəticələnə bilər 

Rusiyada təşkilatların maliyyələşdirilməsi haqqında qəbul olunmuş yeni qanun bəzi xarici qurumların fəaliyyətində ciddi problemlər yaradıb. Qanunun qüvvəyə minməsi ərəfəsində bir çox xarici təşkilatlar Rusiyanı tərk etmək qərarına gəliblər. 1953-cü ildə təsis edilmiş və soyuq müharibə dövründə Sovet ölkələrini qərb dünyasında baş verənlərlə tanış edən “Azadlıq Radiosu”nun qəbul olunmuş yeni qanuna əsasən noyabrın 10-dan etibarən Rusiyadakı fəaliyyətini dayandıracağı bildirilib. Çünki yeni qanun maliyyə mənbələrinin 48 faizindən çoxu xaricdən olan media qurumlarının Rusiyada fəaliyyətini qadağan edir.

Radionun Rusiya bölməsinin yeni direktoru Maşa Gessen isə yayılmış xəbərləri təkzib edib. O, təmsil etdiyi qurumun Rusiyanı tərk edəcəyinə dair iddiaların doğru olmadığını söyləyib:“Azadlıq radiosu” haqqında xeyli yalnış məlumatlar dolaşmaqdadır. Guya, radio Rusiyadan çıxır. Bu deyilənlər doğru deyil. Biz Rusiyaya böyük yatırımlar edirik. İlk dəfə olaraq “Azadlıq Radiosu” şöbə direktorunu məhz reportajların aparıldığı ölkədə yerləşdirir”.

Azadlıq Radiosunun rəsmisi bütün radio yayımlarının dayandırılması və 38 işçinin ixtisarı haqqında məlumatları təsdiq etsə də, qurumun Rusiyada qalacağını və internet üzərində yayımı davam etdirəcəyini bildirib.