«Aksiya ilə bağlı cəmiyyətdə yüksək əhval-ruhiyyə var»
Bakı Şəhər Icra Hakimiyyəti Ictimai Palatanın 13 oktyabr yürüş-mitinqi ilə bağlı müraciətinə hələ də cavab verməyib.
Lakin qurum aksiya ilə bağlı hazırlıqlarını davam etdirir. AXCP Ali Məclisinin sədri Həsən Kərimov bütün rayon şöbələrində yürüş-mitinqə hazırlıq getdiyini deyir: “Partiyamızın rayon şöbələri əhali ilə işləyir. Cəmiyyətdə, o cümlədən bölgə camaatında yüksək əhval-ruhiyyə var. Hesab edirəm ki, icazə verilərsə, möhtəşəm bir yürüş alınacaq”.
Bakı meriyasının icazə verməyəcəyi təqdirdə, H.Kərimov aksiyanın keçirilib-keçirilməməsi ilə bağlı son qərarı Ictimai Palatanın verəcəyini deyir: “Ictimai Palatanın qərarından sonra biz növbəti addımlarımızı müəyyənləşdirəcəyik”.
Qeyd edək ki, ötən həftə Ictimail Palatanın Koordinasiya Şurası parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsini üçün oktyabrın 13-də yürüş keçirmək qərarı verib. Müxalifətin yürüşünün keçmiş Əzizbyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur.