Ərdoğandan növbəti Qarabağ açıqlaması

“Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib və daim dəstəkləyəcək”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. O, bildirib ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib və bu dəstək daimidir.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan topraqlarının ədalətsizcəsinə işğal etməsindən sonra Türkiyə Azərbaycanı dəstəkləyib. Baş nazir əlavə edib ki, Türkiyə tarix boyu hansı ölkədə olmasından asılı olmayaraq, ədalətsizliyə qarşı mübarizə aparıb.