“İrana casusluqda” ittiham olunanlara hökm oxunub

İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-la əməkdaşlıq etməkdə ittiham edilən 22 nəfər on ildən on beş ilədək azadlıqdan məhrum edilib, APA xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesdə həmin şəxslərə hökm “Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanət və digər ağır cinayətlərin törədilməsinə” əsasən çıxarılıb.
Haqqında hökm oxunan şəxslər haqqında ilk məlumat martın 14-də ictimaiyyətə açıqlanıb.
Məlumatda onların “SEPAH-la məxfi əməkdaşlığa cəlb olunması, tapşırıqlara əsasən casusluq edərək Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplaması və İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtararaq SEPAH-a təqdim etməsi” qeyd olunur.

İnformasiya şöbəsi